آنا صفحه Ana Səhifə / ədəbiyat / Şeirlər / Azad Şeirlər / Dünyadan Doymuş Adama / Sevinc Elsevər

Dünyadan Doymuş Adama / Sevinc Elsevər

Dünyadan Doymuş Adama / Sevinc Elsevər

Dünyadan Doymuş Adama / Sevinc Elsevər

Daha  kimsədən hörmət gözləməyəndə
Daha heç kimə hörmət eləməyəndə
Heç kimdən sevgi ummayanda
Heç kimi sevə bilməyəndə
Özünü dəli yellərə təslim eləyəndə
Saman çöpü
Bağçadakı oyuq kimi
Gah sərxoş, gah ayıq kimi
Azadsan deməli…
Azadsan deməli
Qorxmursan ölümdən
İtirməyə yoxdu heç nəyin
heç nə gəlmir əlindən
Səni dara çəksələr də
Son söz qopmaz dilindən
Nə aman dilərsən
Nə əlvida söylərsən
O qədər azadsan hətta
O qədər

Allahdan qorxun yoxdu
Bəndədən hürkün
Sevgi hiss eləmirsən
Nifrət desəm
O da yoxdu
Cəhənnəm nağıl kimi
cənnətə gülürsənsə
Cənnəti havayı verələr
İstəmirsənsə
Əbədi olan hər şeyə
Daima yanmağa məhkum günəşə yazığın gəlirsə
Günəş elə cəhənnəmdədisə sənə görə
Azadsan
Ölüm tükünü də tərpədə bilməz
Ürkək-ürkək döyər qapını
İçəri girməzdən qabaq
Kandarda üzr istəyər
Müvəqqəti narahatlığa görə…

Sevinc Elsevər

Yazını bu əlifbada oxuyun: تۆرکی‌

یازار / Yazar : آیهان میانالیAyhan Miyanalı

بو یازېنې دا اۏخویون /Bu Yazını da Oxuyun

Ədalətin yoxdur / Hədiyyə Şəfaqət

Ədalətin yoxdur / Hədiyyə Şəfaqət   …Gələn dəfə mən doğulmayım, Müqəddəs Ata… Gizlənib qalım Heç …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *