Araz Əhmədoğlu
CV
Abbasəli (Araz) Həsən oğlu Əhmədoğlu (10 Mart 1968, Xoy)
1986-1989-ci illərdə Şiraz Tibb universiteti, radioloji (şüa) kursu ali təhsili
1991-2017-ci illərdə Urmia Tibb Universiteti xəstəxanaları, Şüa departmanında rəsmi dövlət işçisi, departman rəisi
1996-2000-ci illərdə Təbriz Universitetində ingilis dili və ədəbiyyatında baklavr dərəcəsində təhsil
2000-ci ildə Xoy şəhərində “SƏHƏND” adına Xarici Dillər kursunu başlatdı. Bu kurs hələ də işini davam etdirir.
2000-2004-cü illərdə Təbriz Azad Universitetində ingilis ədəbiyyatında magistratura dərəcəsi almaq üçün təhsil alıb.
2004-də “A COMPARATIVE STUDY OF THE CONCEPTS OF MORTALITY & IMMORTALITY IN “BEOWULF” & “THE BOOK OF DEDE KORKUT” adlı ingilis dilində yazdığı tezisi müdafiə edib.
2001-2008-ci illərdə Xoy Azad universiteti ingili dili və ədəbiyyatı müəllimi
2009-2018-ci illərdə Xoy Pəyam-i Nur universiteti ingili dili və ədəbiyyatı müəllimi
2022, 14 Sentyabrda ADU-da ingilis ədəbiyyatı üzrə Fəlsəfə doktoru dərəcəsi almaq üçün yazdığı “Beovulf” və Kitabi-Dədə Qorqud” Dastanlarında Qəhrəmanlıq Kodları” adlı dissertasiyasını müdafiə edib.
2014-də Elm və Təhsil nəşriyyatında “SON TÜFƏNG” adlı üç dildə yazdığı hekayələr və “İKİ DAŞ” adlı şer toplusu işıq üzü görüb AYB-da təqdimatı olub.
2015-ci il Mart, 20-də Bakıda Beynəlxalq Su və Poeziya Festivalında iştirak edib “Fəxri Diploma” alıb.
2017-ci ildə sayın Pr. Kamal Abdulla cənablarının yazdığı iki romanına “Yarımıçıq əlyazma, şahəsərin şahəsəri” və “Sehrbazlar dərəsi, iç-içə sirlər dünyası” adlı iki monoqrafiyasını Mütərcim nəşriyyatında çap etdirib oxuculara hədiyyə kimi paylayıb.
2018-də Türkiyədə “SON TÜFEK” adlı hekayələr toplusu yayılıb.
2019-cu ildə Avropada “Atunis Galaxy Anthology of English Poetry” adlı antologiyada özkeçmişi və 3 ingilis şeri çap olub. Onlardan biri – “My Anthem for My Flag” adlı şeri – milli bayrağımızın şərəfinə yazılıb.
2021-də “Qaraçuxamıza Salamlar” adlı monoqrafiyası Yeni Qapı nəşriyyatı, Tehranda çap edilib.
2022-də Ədalət Bədirxanovun “Azadlığa gedən yol” poemasını ingilis dilinə çevirib özəl adlar indeksində 80 səhifəlik Azərbaycan tarixi şəxsiyyətlər və coğrafiyası haqqında bilgi verib.
2000-ci ildən SƏHƏND adına ingilis kursunda TOEFL və IELTS səviyyəsində 120 saatda sıfır ingiliscədən ən yüksək səviyyəyə qədər ingilis dili öyrətdiyini zəmanət edir.
5 dil bilən araşdırıcının məqalələri ayrı-ayrı saytlar, jurnallarda yayılır. Yazar, tənqidçi, çevirmən (tərcüməçi), ingilis dili adına Azərbaycan dilini də tədris edir.
Evli dir. Bir oğlu bir qızı var.
Araz Əhmədoğlu
June 23, 2024
آراز أحمداۏغلو, حیکایه (گۆنئی آذربایجان-کیشی یازارلار)
4,196
چۆرۆک آغاج / دۏکتۏر آراز أحمداۏغلو (حیکایه) بیزیم تۏرپاغېمېز چۏخ شۏران دېر. ایلده بیر-ایکی دفه یاغېش یاغاندا بالاجا کۏللار آزجا یاشېللاشېب اۆچ-دؤرد گۆن سۏنرا دا سارالېب سۏلار. اۏنا …
Read More »
Araz Əhmədoğlu
July 26, 2023
آراز أحمداۏغلو, حیکایه (گۆنئی آذربایجان-کیشی یازارلار)
6,647
دارا / آراز أحمداۏغلو (حیکایه) شَهَردن چېخاندا ایکی قبریستانلېق واردې: بیری بالاجا قبریستانلېق، یۏلون ساغ-سۏلوندا بالاجا تپه اۆستۆنده، ایکینجیسی ایسه بؤیۆک قبریستانلېق. بو بؤیۆک قبریستانلېغېن سۏل ألینده یئنیجه تیکیلمیش بیر …
Read More »
Araz Əhmədoğlu
November 20, 2020
آراز أحمداۏغلو, حیکایه (گۆنئی آذربایجان-کیشی یازارلار)
6,443
ایکیلیک / آراز احمداۏغلو (قېسا حیکایه) ایکیسی ده آتالارېندان آلدېغې جیب خرجینی بیر بیرلرینه گؤرسَتدی. اۏن ایل بوندان اؤنجه ایدی. _”اۏن مین تۆمن! سن نئچه؟” _”من ده.” یۏلداشلارېن بیری بیر …
Read More »
Araz Əhmədoğlu
September 12, 2020
آراز أحمداۏغلو, کلاسیک شعرلر, کیشی شاعیرلر
6,202
ایکی داش / آراز احمداۏغلو (شعر) آدسېز سانسېز سایېسېز قارداشلاردېق، سېلدېرېم قایا باشېندان قالدېرمېش دیم-دیک باشېنې چنلی گؤڲه قارشې باخان، تاریخ بۏیو یاندېرېلېب گاهدان یاخان، 5 بز قالاسې أتهڲینده …
Read More »
Araz Əhmədoğlu
June 1, 2020
آراز أحمداۏغلو, کؤشه یازې
6,307
نئچه یۆز ایللیک دَڲَریندهکی دؤرد ایل / آراز احمداۏغلو آنا دیلیمیز اوجا آللاه’ېن بیزه وئردیڲی أن بؤیۆک نئعمتی دیر. بو نئعمتین قدرینی بیلیب دَڲر وئرَنلر أصلینده اؤز کیملیک، اؤز …
Read More »
Araz Əhmədoğlu
March 20, 2020
آراز أحمداۏغلو, حیکایه (گۆنئی آذربایجان-کیشی یازارلار)
9,299
بایراملېق / آراز احمداۏغلو (حیکایه) اۏنون ایشی هر گۆن تک باشېنا تئلئویزیۏنا باخماق ایدی. أن چۏخ سئویملی وئریلیشی ایسه رئکلاملار، رئکلاملاردان ایسه بالا قارداش رئکلامې ایدی. اۏ رئکلامدا نئجه …
Read More »
Araz Əhmədoğlu
January 25, 2020
آراز أحمداۏغلو, حیکایه (گۆنئی آذربایجان-کیشی یازارلار)
27,891
سۏن تۆفنگ / آراز احمداۏغلو (حیکایه) آز اؤنجه اؤزلرینی قارا بولوددان آشاغېداکې قان دَنیزی اۆزهرینه آتماغا تلهسن قار دَنهلری نفسدن دۆشمۆشدۆلر. اۏ قۏرخونج بولود اؤزۆ ده اؤلۆم تۏزونا دؤنمۆشدۆ …
Read More »