آنا صفحه Ana Səhifə / ədəbiyat / DÜNYANIN NƏ GÖZƏL VAXTI GÖRÜŞDÜK / Zəlimxan Yaqub

DÜNYANIN NƏ GÖZƏL VAXTI GÖRÜŞDÜK / Zəlimxan Yaqub

zelimxan yaqub-www.YeniQapi 

DÜNYANINNƏ GÖZƏL VAXTI GÖRÜŞDÜK / Zəlimxan Yaqub

Əridi həsrətim, açıldı buzum,
Cənnət ətri verdi çörəyim, duzum.
Getdi qar-boranım, gəldi Novruzum,
Allah üzümüzə baxdı, görüşdük.
Üz-üzə dayandıq, göz-gözə durduq,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qarın qar ətri var, barın bar ətri,
Bir çiçək ətri var, bir də yar ətri,
Arzular dalğası, duyğular ətri,
Ürəkdən-ürəyə axdı, görüşdük,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qurban kəsilirəm mən bu axşama,
Danışdın dilindən bal dama-dama,
Sənintək işığa, mənimtək şama,
Tale öz odunu yaxdı, görüşdük.
Dünya gözəlləşir gözəl güləndə,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Abadlıq gətirdi bir viranlığa,
Gəlişin son qoydu lal qaranlığa,
Zəlimxan yenə də çatdı xanlığa,
Güldü gözəlliyin taxtı, görüşdük.
Ay salam göndərdi, Gün əhsən dedi
Dünyamn nə gözəl vaxtı görüşdük!

25 mart 2000

Yazını bu əlifbada oxuyun: تۆرکی‌

یازار / Yazar : آیهان میانالیAyhan Miyanalı

بو یازېنې دا اۏخویون /Bu Yazını da Oxuyun

Acının duvarı asılınca / Əziz Nəsin

Acının duvarı asılınca / Əziz Nəsin Özü çatlamazdan Torpağı çatlatamaz toxum Asmışam sinirini mutsuzluğun Ayrımsayamıram …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *