یئنی یازې‌لار / Yeni Yazılar
آنا صفحه Ana Səhifə / ادبیات / کؤشه یازې / ایبلیس – حۆسئین جاوید / نرمین ریضا (کؤشه یازې-تحلیل)

ایبلیس – حۆسئین جاوید / نرمین ریضا (کؤشه یازې-تحلیل)

Screenshot_2024-04-24-18-29-35-063_com.camerasideas.instashot-edit
ایبلیس – حۆسئین جاوید / نرمین ریضا (کؤشه یازې-تحلیل)

جاوید أفندییه دۏغونون شئکسپیری دئییرلر. آما منه‌ گؤره‌ اۏ، إله‌ بیر زیروه‌ده دیر کی، شئکسپیر ایچره، هئچ کیم اۏ زیروه‌یه‌ قالخا بیلمز. جاوید إله‌ بیر دَریا دېر کی، یانلېز أنگین دَریا‌لاردا آزماغا جسارَتی اۏلان‌لار اۏنو آنلایار… چۏخ حئییف وطنیمیزین بئله‌ بیر دۆهاسېنې قۏرویا بیلمه‌دیک. آما اۏنون یارادېجې‌لېغېنې، ایرثینی قۏروماق، رئکلام إتمک أن بؤیۆک بۏرجوموز دېر.

یازاۏی‌دا حادیثه‌لر بیرینجی دۆنیا مۆحاریبه‌سی عَرَفه‌سینه‌ تصادۆف إدیر. مۆحاریبه‌نین دهشتی، اینسانېن وحشی‌لیڲی، قان گؤلۆنه‌ دؤنمۆش بشرییَّت… بس گۆناهکار کیم‌ دیر؟ ایبلیس؟ یا اینسانېن اؤز نفسی؟

أثرین باش قهرمانې عاریف، دۆشۆنن، سۏرغولایان، رۏمانتیک روحلو بیر گنج دیر. مۆحاریبه‌نی، اینسانداکی وحشی‌لیڲی پیسله‌ییر، لعنت‌له‌ییر. بونا گؤره‌ اۏنو دیوانه‌ بئله‌ آدلاندېرېر‌لار. باشلار‌دا ایبلیسین سؤز‌لرینه‌ آلدانمېر، اۏنو یانېندان قۏوور. آما سۏندا…

سۏندا سئودیڲی قېزې ألده‌ إتمک اوغرونا ایبلیسه‌ آلدانېر. أ‌لی سئودیک‌لری‌نین، أن سۏنوندا اؤز دۏغما قارداشې‌نېن قانېنا بولاشېر. فرقینده‌ اۏلمازدان جاناوارا دؤنۆشۆر.

جاویدین ایبلیسی أصلینده اینسانېن اؤز نفسی، اۏنون ایچینده‌کی قاران‌لېق طرفی دیر. هر اینسانېن ایچینده‌ خئییر’له یاناشې، شر ده‌ وار.

باخېن سیز هانسې طرفینیزه قولاق آسېب، اۏنو بسله‌ییرسیز…

یازار / Yazar : آیهان میانالیAyhan Miyanalı

Ayhan Miyanalı – Rəsmi Bioqrafiya Ayhan Miyanalı yazıçı, tədqiqatçı, proqramçı və çoxdilli tərcüməçidir. O, müasir sistemlərin layihəçisi və Güney Azərbaycan kimliyinin fəal müdafiəçisidir. Fəaliyyəti müasir texnologiyalar, dilçilik, fəlsəfə, neyroelm və mədəni kimlik sahələrinin kəsişməsində formalaşır. O, YenİQapı media və nəşriyyatının rəhbəridir və uzun illərdir rəqəmsal platformaların qurulması, elmi və ədəbi əsərlərin nəşri və dil strukturlarının inkişafı ilə məşğuldur. Ayhan Miyanalı Güney Azərbaycanın Miyana şəhərində doğulub. Atası Şəki, anası isə İğdır mənşəlidir və bu üç mədəni mühit onun elmi və yaradıcılıq baxışının formalaşmasında mühüm rol oynayıb. O, İran Elm və Sənaye Universitetində mexanika mühəndisliyi – enerji çevrilməsi üzrə magistr dərəcəsi alıb və dilçilik, zehni fəlsəfə, neyroelm və sosiologiya sahələrində tədqiqatlar aparıb. Ayhan Miyanalı Azərbaycan türkcəsinin müasir strukturlaşdırılması, Unicode kodlaşdırılması və rəqəmsal dil texnologiyalarının inkişafında aparıcı simalardandır. O, mühəndislik, təsisat sistemləri, ağıllı ev texnologiyaları və enerji idarəetmə modelləri üzrə geniş təcrübəyə malikdir. a.b.t, YenİQapı, YardımOnline və digər rəqəmsal sistemlərin layihəçisi və inkişaf etdiricisidir. Bir neçə dünya dilində peşəkar tərcümə edən Miyanalı, Güney Azərbaycan kimliyinin və ana dilinin qorunması və inkişafı istiqamətində fəal fəaliyyət göstərir.

بو یازېنې دا اۏخویون /Bu Yazını da Oxuyun

دۏلاشېق گۆن‌لرده، قادېن‌لارېن ذهنی یۆکۆ / ماهنې معرفت (کؤشه یازې)

دۏلاشېق گۆن‌لرده، قادېن‌لارېن ذهنی یۆکۆ / ماهنې معرفت (کؤشه یازې) قۏروماق فلسفه‌سینده بئله بیر سووال …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *